İsrail-HƏMAS danışıqlarının yeni mərhələsi başlayır

İsrail-HƏMAS danışıqlarının yeni mərhələsi başlayır
  13 Yanvar 2025    Oxunub:494
"Fələstin Məhbuslar Klubunun direktoru, əsirlərlə iş üzrə nazir Qəddurə Faris danışıq qrupu ilə görüş keçirmək üçün Qətərə yollanıb".
Bu barədə məlumatı İsrailin "Ynet" xəbər saytına açıqlamasında Fələstin Muxtariyyətinin adı çəkilməyən rəsmi nümayəndəsi bildirib. O vurğulayıb ki, görüş əsnasında əsir mübadiləsi üzrə saziş çərçivəsində azadlığa buraxılacaq fələstinli məhbusların siyahısı qarşı tərəfin diqqətinə çatdırılacaq.

"Mümkün atəşkəs və əsir mübadiləsi razılaşmasının ilk mərhələsində 48 fələstinli məhbusun müqabilində 25 israilli əsirin azadlığa buraxılması nəzərdə tutulur", - Faris ötən gün yerli mətbuata müsahibəsində söyləmişdi.

Məlumat üçün bildirək ki, "Fələstin Məhbuslar Klubu" İsrail həbsxanalarında saxlanılan fələstinlilərin müdafiəsi üzrə fəaliyyət göstərən hüquqi təşkilatıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   əsir-mübadiləsi  





Xəbər lenti