Pakistanda almaniyalı kəşfiyyatçının cəsədi tapılıb
O, iki gün səfirlikdə görünmədikdən və zənglərə cavab vermədikdən sonra “diplomat”ın yaşadığı yerə gələn səfirliyin iki əməkdaşı mənzildə həmkarının meyitini tapıblar.
Nəşr qeyd edir ki, 3,5 il İlambadda Almaniyanın diplomatik missiyasının müşaviri vəzifəsində işləyən Thomas B.-nin ürəyindəki problemlər əslində onun ölümünə səbəb ola bilərdi.
“Təəssüf ki, biz həmkarımızın ölümünü təsdiqləməyə məcburuq”, - Almaniyanın Xarici İşlər nazirliyi nəşrə bildirib.
BND isə, yalnız, prinsip etibarı ilə, qurumun ayrı-ayrı işçiləri ilə bağlı məsələləri şərh etmədiyini deyib. “Bild” qəzetinin məlumatına görə, uzun müddət Almaniyanın kəşfiyyat idarəsində çalışan Tomas B. çox təcrübəli əməkdaş sayılıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Almaniya Pakistan kəşfiyyatçı