Pentaqon hərbi xərcləri 50 milyard dollar artırmağa çağırıb

      Pentaqon hərbi xərcləri 50 milyard dollar    artırmağa    çağırıb
  13 Yanvar 2025    Oxunub:445
ABŞ-nin Müdafiə naziri Lloyd Ostin hökumətə 2026-cı maliyyə ilində müdafiə xərclərini təxminən 50 milyard dollar artırmağı tövsiyə edib. Beləliklə də, yaxın illərdə Amerikanın hərbi büdcəsi 1 trilyon dolları keçə bilər.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Lloyd Ostin öz tövsiyəsini ABŞ-nin İdarəetmə və Büdcə Departamentinin (İDP) noyabrın 27-də göndərdiyi məktubda açıqlayıb. O, 2027-2030-cu maliyyə illərində müdafiə xərclərini ölkə ABŞ ÜDM-nin təxminən 3%-i həcmində formalaşdırmağa çağırıb.

“Nazir Milli Müdafiə Strategiyasına dəstək istisna olmaqla, Çinlə mübarizə və ittifaqların gücləndirilməsinə diqqət yetirməklə belə bir artıma ehtiyac üçün aydın əsaslandırma təqdim etməyib”, - agentlik vurğulayıb.

Pentaqonun rəhbəri İDP-yə artıq getməkdə olan administrasiyanın 2026-cı maliyyə ilində 926,5 milyard dollar, 2027-ci ildə 972,8 milyard dollar və 2028-ci ildə 1 trilyon dollardan çox vəsait ayrılması tələbini qoyan beşillik müdafiə planını yeni ABŞ administrasiyasına miras qoymağı məsləhət görüb. Ostin bildirib ki, yalnız Pentaqon üçün nəzərdə tutulan bu maliyyə xərclərinə Ukrayna və İsrailə yardım daxil olmayacaq. Pentaqonun sözçüsü məlumatla bağlı şərh verməkdən imtina edib.

- Müdafiə nazirinin məktubu yeni prezident Donald Tramp vəzifəyə gəldikdən sonra Konqres üzvlərinə hərbi xərcləri artırmaq üçün “siyasi pərdə” rolunu oynaya bilər. Amma hələlik Trampın bu planı dəstəkləyib-dəstələməyəcəyi məlum deyil”, - “Bloomberg” nəşri yazır.

Qeyd edək ki, ABŞ-nin cari maliyyə ili (oktyabrın 1-də başlayır) üçün hərbi büdcəsi tarixdə ən rekord səviyyədə - 895 milyard dollar həcmində təsdiqlənib ki, bu da ötən illə müqayisədə 9 milyard dollar çoxdur. Hakbuki, Vaşinqtonun strateji düşmən kimi qiymətləndirdiyi Rusiya və Çinin bu il üçün hərbi xərcləri müvafiq qaydada təxminən 145 milyard və təqribən 240 milyard dollar olacaq.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Pentaqon   xərclər   artırmaq  





Xəbər lenti