Ötən il Bakıda 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Ötən il Bakıda 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb
  13 Yanvar 2025    Oxunub:391
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının görünüş dairəsində ötən il ərzində 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə AzVision.az -a NİİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.

Belə ki, bəzi sürücülərin yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi, ara məsafəsinə düzgün əməl etməməsi və yol nişanlarının tələblərini pozması nəticəsində hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır:

"Ötən il ərzində 2244 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinə mane olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 56 küçə və prospekt üzrə 75.933 dəfə yaşıl dalğa rejimi tətbiq edilib".

AzVision.az



Teqlər:





Xəbər lenti