Finalın adı: Argentina-Almaniya - FOTOLAR

Finalın adı: Argentina-Almaniya - FOTOLAR
  10 İyul 2014    Oxunub:1027
Braziliyada keçirilən dünya çempionatının yarımfinal mərhələsi başa çatıb.

AzVision.az xəbər verir ki, Argentina və Hollandiya milli komandaları üz-üzə gəliblər.

Qalibi müəyyənləşdirmək üçün oynanılan əlavə vaxtda da qapılara top vurulmayıb. Türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda qalib penalti seriyasında müəyyənləşib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Argentina kollektivi dünya çempionatının finalına vəsiqə qazanıb.

Beləliklə finalda Argentina güclü Almaniya millisi ilə qarşılaşacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti