Kuleba: “Kiyev Moskva ilə danışıqlar aparmağa hazırdır”

   Kuleba: “Kiyev Moskva ilə danışıqlar aparmağa hazırdır”
  24 İyul 2024    Oxunub:1487
Ukrayna Rusiya tərəfi ilə danışıqlara və müzakirələrə hazırdır
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Çinə səfəri çəırçivəsində bu ölkənin Xarici İşlər naziri Van İ ilə Quançjou şəhərində keçirdiyi görüşdə belə deyib.

“Ukrayna tərəfi Rusiya ilə dialoqa və danışıqlar aparmağa hazırdır. Əlbəttə ki, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional və praktik olmalıdır” , - Çinin Xarici İşlər nazirliyinin təmsilçisi Mao Nin Dmitri Kulebadan sitat gətirib.

Van İ, öz növbəsində, Pekinin Ukraynaya humanitar yardımı davam etdirəcəyinə söz verib. O, həmçinin bildirib ki, “Ukrayna münaqişəsinin” gərginləşməsi təhlükəsi hələ də qalmaqdadır.

- Çin tərəfi hesab edir ki, bütün münaqişələrin həlli son nəticədə danışıqlar masasına qayıtmalı və bütün mübahisələrin həllinə siyasi vasitələrlə nail olunmalıdır” , - Çinin Xarici İşlər naziri vurğulayıb.

Qeyd edək ki, Dmitri Kulebanın dünən Çinə başlayan səfəri iyunun 26-da sona çatacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti