“Krokus” işi: Şübhəli şəxs cihada bağlı olduğunu bəyan edib

      “Krokus” işi:    Şübhəli şəxs cihada bağlı olduğunu bəyan edib
  24 İyul 2024    Oxunub:1181
“Krokus Siti Holl” da törədilən terror aktı ilə bağlı saxlanılan şübhəli şəxs Yakubconi Yusufzoda bildirib ki, dini baxışlarını bölüşməyən insanlara qarşı silahlı mübarizəyə sadiqdir.
Bu barədə TASS məhkəmə materiallarına istinadən xəbər verib. Qeyd olunub ki, İslamın radikal cərəyanlarını dəstəkləyən şübhəli şəxs hesab edir ki, dini baxışlarını bölüşməyən şəxslərə qarşı silahlı mübarizə zəruridir. Məlum olub ki, Yakubconi Yusufzoda “Krokus Siti Holl” da terror aktı törədildikdən dərhal sonra Rusiyanı tərk etmək niyyətində olub.

Belə ki, Yusufzoda terror aktı törədənlərin mənzillə təminatı üçün vəsait ayırıb. Həmin vəsaiti hücumdan bir neçə gün əvvəl bank kartı vasitəsilə şərikinin hesabına göndərib.

Üç uşaq atası, Tacikistan vətəndaşı Yusufzoda terrorçuları maliyyələşdirməkdə və onların mənzillə təmin edilməsi üçün vəsait ayırmaqda şübhəli bilinir. Eyni zamanda məhkəmə həmin şəxsin istintaqla əməkdaşlıq etdiyini və təqsirini qismən boynuna aldığını qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Terror   Rusiya  





Xəbər lenti