Ordu haqqında dezinformasiya yayan jurnalistə 8,5 il iş kəsildi

Ordu haqqında dezinformasiya yayan jurnalistə    8,5 il    iş kəsildi
  23 İyul 2024    Oxunub:1031
Moskvanın Basman məhkəməsi jurnalist Mixail Zıqarı (Rusiyada xarici agent kimi tanınır-red.) qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilir ki, Zıqar Rusiya Silahlı Qüvvələri ilə bağlı qəsdən yalan məlumat yaymaqda təqsirli bilinib. Həmçinin məhkuma 4 il müddətində hər hansı saytı idarə etmək, media fəaliyyəti ilə məşğul olmağa dair qadağa qoyulub.

Jurnalist saxlanılsa, cəzasını ümumi rejimli koloniyada çəkəcək. Həbs müddəti isə ümumi qaydaya görə, məhkumun tutulduğu andan hesablanır.

Xatırladaq ki, Zıqar 2022-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib. Mixail daha sonra sosial şəbəkələrdəki paylaşımlarında xarici agent olmasına dair müvafiq etiketi əlavə etməməsinə görə iki dəfə cərimələnib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Jurnalist  





Xəbər lenti