ABŞ Qəzzaya sülhməramlı göndərmək niyyətindədir

ABŞ Qəzzaya sülhməramlı göndərmək niyyətindədir
  23 İyul 2024    Oxunub:4906
Birləşmiş Ərəb Əmirliklərində bu ölkənin XİN rəhbəri Abdullah bin Zayidin vasitəçiliyi ilə ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və İsrailin strateji işlər naziri Ron Dermer arasında məxfi görüş baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Tərəflər İsrail-HƏMAS müharibəsinin başa çatmasının ardınca Qəzza zolağındakı mümkün vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşə Qəzza üçün postmüharibə planını hazırlayan daha iki yüksəksəviyyəli İsrail nümayəndəsi də qoşulub.

(ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk)


(İsrailin strateji işlər naziri Ron Dermer və Baş nazir Benyamin Netanyahu)

Görüşdən bir gün qabaq BƏƏ-nin yüksəkrütbəli nümayəndəsi açıqlayıb ki, Əbu-Dabi postmüharibə dövründə Qəzzaya yerləşdiriləcək sülhməramlı qüvvələrə töhfə verməyə hazırdır. Beləliklə, ilk dəfə bir ərəb ölkəsi Bayden hökuməti tərəfindən bu çərçivədə irəli sürülən "sülhməramlı missiya" səylərini açıq-aydın dəstəklədiyini bildirib.

(BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Nüseybə)

Digər tərəfdən, BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Nüseybə "Financial Times" qəzetində yazdığı məqaləsində Qəzzada "müvəqqəti beynəlxalq missiya"nın yaradılmasına çağırıb. Xanım nümayəndənin fikrincə, "yalnız belə bir missiyanın fəaliyyəti daxilində humanitar böhran öz həllini tapa, nizam-intizam və idarəçilik üçün zəmin yaradıla, Qəzza və İordan çayının qərb sahili vahid, qanuni Fələstin muxtariyyəti altında birləşdirə bilər".
Baskin: "Bu müharibənin sonu görünmür"

Məhz rəsmi Vaşinqton da İsrailə belə bir postmüharibə planı təklifini irəli sürsə də, İsrail razılaşmır. ABŞ-nin, həmçinin İsrailin də bu məsələ üzrə çalışan vəzifəli şəxsləri bildirirlər ki, belə bir şəraitdə Qəzzada müharibənin sonu görünmür.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Qəzza   müharibə  





Xəbər lenti