Ərazi itkiləri ilə barışan ukraynalıların sayı artır

   Ərazi itkiləri ilə barışan ukraynalıların sayı artır
  23 İyul 2024    Oxunub:999
Bu ilin may ayında ukraynalıların 32%-i tezliklə sülhə nail olmaq və müstəqilliyini qorumaq üçün Ukraynanın öz ərazilərinin bir hissəsindən imtina edə bilməsini düşünürdülər. Bununla belə, onların əksəriyyəti (55%) Rusiyaya istənilən ərazi güzəştinə qarşı çıxıb.
AzVision.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya institutunun apardığı sorğunun nəticələrinə istinad edən “RBK-Ukraina” informasiya portalı belə məlumat yayıb.

Sosioloqlar qeyd edirlər ki, 2022-ci ilin mayından 2023-cü ilin may ayına qədər vəziyyət nisbətən sabit olub: respondentlərin təxminən 8-10%-i ərazi güzəştlərinə hazır idi, mütləq əksəriyyəti – 82-87% isə ardıcıl şəkildə güzəştlərə qarşı çıxıb.

Lakin 2023-cü ilin may ayından sonra ərazi güzəştlərinə hazır olanların payında tədricən artım müşahidə olunur. 2023-cü ilin sonuna güzəştə getmək istəyi 19%-ə, 2024-cü ilin fevralında 26%-ə, 2024-cü ilin mayında isə 32%-ə qədər yüksəlib.

Beləliklə də, qeyd olunan müddət ərzində ərazi güzəştlərinin əleyhdarlarının sayı mütəmadi şəkildə azalıb.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Ukrayna   sorğu   ərazi  





Xəbər lenti