Xarici muzdlular niyə kütləvi şəkildə cəbhəyə göndərilirlər?

   Xarici muzdlular niyə kütləvi şəkildə cəbhəyə göndərilirlər?
  23 İyul 2024    Oxunub:1050
Cəbhədə vəziyyət xeyli gərginləşib. Rusiya ordusu bir neçə istiqamətdən deyil, hər tərəfdən hücuma keçir və Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini geri çəkmək üçün yeni üsullar axtarır.
Bu fikirlər "Unian"da dərc olunan məqalədəndir.

"Rubej" 4-cü əməliyyat briqadasının "Kara Nebesnaya" Pilotsuz Uçuş Aparatı (PUA) ekipajının komandiri Andrey Otçenaş qeyd edib ki, düşmən döyüş meydanına xeyli sayda ehtiyat qüvvələr toplayır. Cəbhəyə o cümlədən xarici muzdlular da göndərilir.

Rusiya ordusu 50 əcnəbi təlimatçını "İskəndər"lə vurdu - VİDEO
“Biz artıq pul müqabilində ölkəmizi məhv etməyə hazır olan qaradərililəri, hindistanlıları və digər millətlərdən olan muzdluları görürük. Onlar həqiqətən də hücum əməliyyatlarında xeyli fəal görünürlər. Lakin "Rubej" briqadası müdafiəni güclü qurub və işğalçılarda heç nə alınmır. Hətta onların əldə etdikləri kiçik nailiyyətlər böyük sayda itkilər hesabına başa gəlir", - o, qeyd edib.

Otçenaşın sözlərinə görə, muzdlular rus dilini başa düşmədikləri üçün döyüş meydanında necə hərəkət etmələrini bilmirlər və bölmələrdə normal ünsiyyət də qura bilmirlər.

"Hətta elə halar da olub ki, bəzi hindistanlılara sadəcə o əraziyə gedib səngərimizə gir deyiblər. Onlar isə əmri yaxşı anlamadıqları üçün bizim mövqelərimizə qədər gəlib çıxıblar. Çünki muzdlularla digər döyüşçülər bir-birlərini yaxşı başa düşmürlər. Əminəm ki, bu muzdlulara daha yaxşı şərait, daha təhlükəsiz yerdə xidmət aparmaq vəd edilib. Onları cəbhəyə sadəcə yem kimi ölümə göndərirlər. Muzdlular qəfl döyüşlər aparılan yerdə peyda olanda nə edəcəklərini qətiyyən bilmirlər. Ona görə də bu əcnəbilər sadəcə atəş altında hərəkətsiz otururlar. Ən yaxşı variant təbii ki, başqa millətlərin nümayəndələrinin bu qanlı rus imperialist rejimi uğrunda döyüşə getməməsidir", - hərbçi qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Muzdlu   Cəbhə  





Xəbər lenti