Baydenin gedişi ABŞ-Çin münasibətlərindəki gərginliyi artırır

Baydenin gedişi ABŞ-Çin münasibətlərindəki gərginliyi artırır
  23 İyul 2024    Oxunub:958
Prezident Cozef Baydenin prezidentlik yarışından geri çəkilməsi Çin-ABŞ münasibətlərində yaranmış qeyri-müəyyənliyi artırır.
Bu fikirlər Çinin “South China Morning Post” qəzetində dərc olunan məqalədəndir.

Paşinyan "qoruyucu mələy"ini itirib
“Baydenin gedişi Çin və ABŞ arasında olan soyuq münasibətləri dərinləşdirir, qeyri-müəyyənliyi artırır. Kamala Harrisin bu iki xalq üçün həyati əhəmiyyətli münasibətlərə necə yanaşacağını isə hər kəs təxmin edə bilər", -müəllif yazıb.

Qeyd olunur ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris senator olarkən Pekində dost qazanmayıb. O, həmçinin ABŞ-nin keçmiş prezidenti Donald Trampın Çinlə ticarət müharibəsini davam etdirən, elektrikli avtomobillərə tariflər tətbiq edən və yüksək keyfiyyətli yarımkeçiricilərin satışını qadağan edən bir administrasiyanın üzvüdür.

Həmçinin "South China Morning Post" digər namizədə də pozitiv yanaşmayıb. Nəşr yazıb ki, əgər Tramp yenidən ABŞ prezidenti seçilə bilsə, Vaşinqton ilə Pekin arasında münasibətlər asan şəkildə qurumayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Çin   ABŞ  





Xəbər lenti