Çexiya və Ukrayna daxili işlər nazirlərinin görüşü olub

Çexiya və Ukrayna daxili işlər nazirlərinin görüşü olub
  16 İyul 2024    Oxunub:1346
Çexiya Ukraynanın Daxili İşlər Nazirliyinin müharibədə iştirak edən hərbi birləşmələrini silah-sursat, eləcə də hərbi texnika ilə təchiz edə bilər.
AzVision.az "Apa.az"-a istinadən xəbər verir ki, bunu Çexiyada səfərdə olan Ukraynanın daxili işlər naziri İqor Klimenko “Teleqram” kanalında yazıb.

Nazir çexiyalı həmkarı Vit Rakuşan ilə görüşünə də də toxunub. Bildirib ki, danışıqlarda bu və digər məsələlər nəzərdən keçirilib.

Sonda İ. Klimenko rəsmi Praqaya Ukrayna vətəndaşlarının ölkəsinə qayıtmasında göstərilən dəstəyə görə təşəkkür edib.

AzVision.az



Teqlər:





Xəbər lenti