Almaniyaya bağlı şirkət Rusiyaya sanksiyalardan yayınmağa kömək edir -"Euractiv"

Almaniyaya bağlı şirkət Rusiyaya sanksiyalardan yayınmağa kömək edir    -"Euractiv"
  16 İyul 2024    Oxunub:1142
Ukraynada müharibənin başlamasından qısa müddət sonra Almaniyanın "Hellmann Worldwide Logistics" şirkəti Rusiyadakı müəssisəsinin işçilərinə ölkəni tərk etdiyini bildirib. Bununla belə, onun bəzi əməkdaşları yaranmış yeni situasiyadan istifadə etməyə başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Fransanın mayasında xəyanət var: Ukraynada işin üstü açıldı
Məlum olub ki, keçmiş şirkətin ən azı iki əməkdaşına məxsus olan və Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "Heinrich Tapp Rus" (HT Rus) şirkəti "Hellmann" müştəriləri ilə əməkdaşlığı davam etdirir. "HT Rus" Rusiya müştərilərinə paralel idxal, yəni malların Türkiyə və ya BƏƏ kimi üçüncü ölkələr vasitəsilə çatdırılmasını təklif edir. Bu sxem Qərbin sanksiyalarından yan keçmək üçün nəzərdə tutulub.

"HT Rus" marketinq şirkətində "Yeni reallıq - yeni imkanlar" devizindən istifadə edilir. Araşdırmalar göstərib ki, şirkət Kreml rəhbərliyinin hərbi fəaliyyətlərini dəstəklədiyinə görə beynəlxalq sanksiyalara məruz qalmış rus müştərilərə aktiv xidmət göstərir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya  





Xəbər lenti