Koen: "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır"

      Koen:    "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır"
  16 İyul 2024    Oxunub:1401
"İsrailin şimalına hücumların cavabını təkcə "Hizbullah" terror təşkilatı yox, Livan dövləti də ödəməlidir".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin energetika naziri Eli Koen ölkənin "Kol Barama" radiosuna açıqlamasında dilə gətirib.

"Qəzzada müharibənin üçüncünü mərhələsini (işğal - red.) başa çatdırmaq üzrəyik. Odur ki artıq şimala (Livana - red.) da doğru əməliyyat keçirib, onların da cəzalarını verməliyik", - Koen vurğulayıb.

Xatırladaq ki, ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi ilə paralel şəkildə Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" terror təşkilatı arasında da toqquşmalar meydana gəlir. Eli Koenlə yanaşı İsrailin digər bir sıra hökumət nümayəndəsi, o cümlədən milli təhlükəsizlik naziri İtamar Ben-Qvir təşkilatın hücumlarına cavabən Livana qarşı müharibə başladılmasına tərəfdardır. Ben-Qvir ötən ayın əvvəlində ölkənin "Maariv" qəzetinə açıqlamasında bütövlükdə Livanın işğalına çağırmışdı.
Brik: "Regional müharibənin astanasındayıq"

Belə bir şəraitdə Yaxın Şərqdə ikinci müharibə cəbhəsinin açılması riski istər yerli, istərsə də qərb nümayəndələrini təşvişə salıb. Məsələn, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ötən ay bu məsələ ilə bağlı mətbuata şərhində:

"İsrail-HƏMAS müharibəsinin Livanın cənubuna və regiona yayılması qaçılmaz hala gəlib", - demişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   müharibə  





Xəbər lenti