Uelsin Baş naziri istefa verib

   Uelsin Baş naziri istefa verib
  16 İyul 2024    Oxunub:1074
Uels Əmək Partiyasının sədri, keçmiş iqtisadiyyat naziri (2021-2024) Von Getinq ölkənin hökumət başçısı vəzifəsindən istefa verib.
AzVision.az xəbər verir ki, o bu bu barədə bəyanat yayıb.

"Bu gün Uels Əmək Partiyasının lideri və Baş nazir vəzifəsindən istefa ilə bağlı qərar verdim. Martda lider seçiləndə ümidli idim ki, ölkədə rəhbərliyim altında yenidənqurma dövrü başlaya bilər. İndi görürəm ki, bu mümkün deyil. Bir neçə ay ərzində belə bu vəzifədə çalışmaq mənim üçün şərəf idi", - Getinq bildirib.

Baş nazirin istefasına səbəb kimi hökumət və parlamentdə (Senedd) ona qarşı etimadsızlıq dalğasının artması göstərilir. Hələ ötən ay keçirilən sorğularda əksəriyyət onun vəzifədə qalmasından narazılığını bildirsə də, Getinq istefa verməmişdi.
Uelsin yeni Baş naziri seçilib: Avropada ilk qaradərili lider

Bu ilin 20 martında Uels parlamentində səsvermə nəticəsində ölkənin Baş naziri seçilmiş Von Getinq Avropada ilk qaradərili lider kimi tarixə düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Uels   baş-nazir   istefa  





Xəbər lenti