Görüş zamanı İsrail-HƏMAS atəşkəs danışıqları üzrə məsələlərin həlli istiqamətində müzakirələr aparılıb. Blinken ABŞ-nin İsrailə dəstəkdə sadiqliyini vurğulayıb. Eyni zamanda, Fələstin xalqının hüquqlarına hörmətlə yanaşmağın, mülki itkilərin sayını azaltmağın və Qəzza zolağına humanitar yardımın çatdırılmasına şərait yaradılmasının vacibliyini diqqətə çatdırıb.
![]() |
İsrail "Hizbullah"a aviazərbələr endirib - VİDEO |
Dövlət katibi həmçinin İsrail və "Hizbullah" arasında getdikcə böyüyən gərginliyə də toxunub, məsələnin daha da şiddətlənməsinə imkan verilmədən diplomatik yolla həllinin əhəmiyyətini dilə gətirib.
Firudin Həmidli
AzVision.az