Zelenskinin açıqlamasına görə səfir Hindistan XİN-ə çağırıldı

Zelenskinin açıqlamasına görə səfir Hindistan XİN-ə çağırıldı
  16 İyul 2024    Oxunub:979
Volodimir Zelenskinin Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri ilə bağlı səsləndirdiyi fikirlər siyasi qalmaqala səbəb olub. Artıq Ukraynanın Dehlidəki səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Hindistanın “Economic Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bundan əlavə, Hindistan Ukrayna ilə mədəniyyət sahəsi üzrə yaradılmış birgə işçi qrupunun görüşünü də təxirə salıb.

Xatırladaq ki, Modinin Rusiyaya rəsmi səfəri iyulun 8-9-da baş tutub. Bir müddət əvvəl isə Zelenski Modinin Moskvaya getməsini tənqid edərək, bunu “sülh səylərinə sarsıdıcı zərbə” adlandırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti