Çeşmədə meşə yanğınları başlayıb

Çeşmədə meşə yanğınları başlayıb
  15 İyul 2024    Oxunub:927
Türkiyənin İzmir vilayətində meşə sahələrində güclü yanğın başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edilir ki, havaların isti keçməsi səbəbindən baş verən meşə yanğınlarına hər gün yenisi əlavə olunur. Bu dəfə yanğınların ünvanı Çeşmə olub. Surətlə artan tüstünü görən ətrafdakı insanlar dərhal Fövqəladə Hallar nazirliyinə məlumat veriblər. Tez bir zamanda hadisə yerinə yanğın-xilasetmə qrupu gəlib. Məlumata görə, İzmir Meşə Region Müdirliyinə aid 2 təyyarə, 4 helikopter, 3 su təchizatı maşını göndərilib.
Süsən Kərimova
AzVision.az



Teqlər:





Xəbər lenti