Ukraynalıların yarısı sülh danışıqlarının başlanmasını dəstəkləyir
Qeyd edilir ki, sorğuda iştirak edən ukraynalıların 43,9%-i Rusiya Federasiyası ilə sülh danışıqlarını dəstəkləyib. Respondentlərin 35%-i isə münaqişənin dinc yolla həllini istəmir. 21,1% bu məsələ ilə bağlı mövqeyinin formalaşmadığını deyib.
Ukraynalıların 76,9%-i Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğvinin əleyhinədir. Respondentlərin 58,5%-i isə ölkənin neytral statusda olmasından razı deyil.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna