Peskov: "Putin Trampla danışmayıb"

      Peskov:    "Putin Trampla danışmayıb"
  15 İyul 2024    Oxunub:929
"Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentliyinə namizəd Donald Trampla sui-qəsd cəhdindən sonra əlaqə saxlamayıb. Belə fikri də yoxdur".
AzVision.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında dilə gətirib.

O, Putinin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı suala cavabında isə:

"Rusiya liderinin lazımi səviyyədə müdafiəsi üçün bütün tədbirlər görülür", - deyib.

Ötən gün Donald Trampa qarşı sui-qəsd cəhdinin ardınca Kreml vurğulamışdı ki, "Bayden administrasiyası bu əməldə məsuliyyət daşımasa da, hücuma təkan verən mühit əmələ gətirib".

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Tramp   Putin   sui-qəsd  





Xəbər lenti