Kahinlər: Trampı Caqannath allahı xilas edib

      Kahinlər:    Trampı Caqannath allahı xilas edib
  15 İyul 2024    Oxunub:1068
"Pensilvaniyada nümayiş zamanı Donald Trampı ölümdən Caqannath allahı xilas edib".
Bunu Krişna Cəmiyyətinin nümayəndəsi Radharamn Das da daxil olmaqla bir neçə kahin bildirib.
Tramp: "Öldüyümü düşünürdüm"


“Bəli, təbii ki, bu, ilahi müdaxilədir. Düz 48 il əvvəl Donald Tramp Caqannath Rath-Yatra festivalını xilas etdi. Bu gün dünya bir daha Caqannath Rath-Yatra festivalını qeyd edərkən, Tramp hücuma məruz qalır və Caqannath onu xilas etməklə təşəkkürünü bildirdi”, - deyə, Radharamn Das qeyd edib.

Qeyd edək ki, 1976-cı ildə Nyu-York şəhərində ilk dəfə Ratha-Yatra adlı hind festivalı keçrilib. Tramp isə bayramın təşkilinə köməklik edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti