"Həmin gecə yaramazlara qarşı çiyin-çiyinə durduq" - Yaşar Gülər

   "Həmin gecə yaramazlara qarşı çiyin-çiyinə durduq" -    Yaşar Gülər
  15 İyul 2024    Oxunub:1038
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 2016-cı ilin 15 İyulunda Türkiyə Silahlı Qüvvələrində xidmət aparan müəyyən qrupların hakimiyyəti devirməyə çalışmasından danışıb.
FETÖ-nün çevriliş cəhdi zamanı Baş Qərargah rəisinin müavini olan Gülər özünün və digər silah yoldaşlarının düşmən əsgərinə belə edilməyəcək rəftarla üzləşdiyini bildirib.
Türkiyədə dövlət çevrilişinə cəhddən 8 il ötür


"Biz çevrilişlə üz-üzə idik, lakin bu, keçmişdə baş vermiş və heç vaxt baş verməməli olan çevriliş cəhdlərindən çox fərqli idi. Bunu dövlətimizin 17-25 dekabrdan bəri rəsmi şəkildə mübarizə apardığı radikal təşkilat olan FETÖ üzvləri həyata keçirib.

Həmin gecə möhtərəm Prezidentimizin çağırışı ilə soylu türk milləti böyük şücaətlə bu yaramazlara qarşı duraraq dövlətini, öz gələcəyini qorudu. Eləcə də, Türkiyə Silahlı Qüvvələrinin vətəninə sadiq olan şərəfli əsgərləri millətimizlə çiyin-çiyinə dayanaraq, qəhrəmancasına müqavimət göstərərək, bu xainlərin qarşısını aldılar.

Bu satqınlar silahdan istifadə edib, çevriliş əmri verib, bütün ordunun bu işə qarışdığı görüntüsünü yaratmağa, millətimizi buna inandırmağa çalışıdılar. Lakin dövlətinə, millətinə bağlı Şəhid Ömər Halisdəmir kimi vətən övladlarımızın göstərdiyi qəhrəmanlıq bu oyunu korladı.

Xatırladaq ki, 15 iyul çevrilişindən sonra dövlətə sızan FETÖ-çülərə qarşı hərtərəfli mübarizə çərçivəsində bu günə qədər 23 min 859 nəfər Türkiyə Silahlı Qüvvələrindən xaric edilib, 2 min 292 şəxsi heyətin rütbəsi ləğv edilib.

Vəzifəsindən müvəqqəti uzaqlaşdırılan və müvəqqəti dayandırılan şəxsi heyətin sayı 245 nəfərdir.

Y. Gülər ​​1 iyul 2023-cü ildən 12 iyul 2024-cü ilə qədər 486 terror təşkilatı üzvünün sərhəd qüvvələri tərəfindən tutularaq hüquq-mühafizə orqanlarına təhvil verildiyini bildirib. Onlardan 334-ü FETÖ üzvüdür.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti