Hadisə Yəmənin Hüdeydə limanından 70 dəniz mili (130km) cənub-qərbdə qeydə alınıb.
Faktın araşdırıldığı bildirilir.
ABŞ-Britaniya qüvvələri Yəməni bombalayıb |
Xatırladaq ki, ötən ilin noyabrından bəri husilər Qəzza zolağındakı müharibə fonunda fələstinliləriə dəstək məqsədilə Qırmızı dəniz, Ərəbistan dənizi, Ədən körfəzi və Bab-ül-məndəb boğazında gəmiləri hədəfə alırlar. ABŞ, Britaniya və Almaniya hücumlara cavabən yanvarda regiona dəniz və hava qüvvələri göndərib. Məhz ABŞ-Britaniya qüvvələri ötən günlərdə Hüdeydə Beynəlxalq Hava Limanına üç aviazərbə endirib.
Firudin Həmidli
AzVision.az