Fransanın dövlət borcu üç ilə kəskin arta bilər

   Fransanın dövlət borcu üç ilə    kəskin arta bilər
  15 İyul 2024    Oxunub:1000
Fransanın dövlət borcu 2027-ci ilə qədər 3,6 trilyon avroya qədər yüksələ bilər.
Bu barədə Fransanın Hesablama Palatasının rəhbəri Pyer Moskoviçi “France Inter” radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, hazırda Parisin dövlət borcu 3,1 trilyon avrodur: “Bu ÜDM-in təxminən 110%-dir. 2027-ci ilə qədər bu rəqəm 3,6 trilyon avroya çata bilər”.

Pyer Moskoviçi əlavə edib ki, hazırda dövlət borcunun ödənilməsi ölkəyə ildə 60 milyard avroya başa gəlir:

“2027-ci ildə bu məbləğ 80 milyard avroya qədər yüksələ bilər. Bu, hökumətin təhsil, təhlükəsizlik və ya yaşıl iqtisadiyyata keçid kimi digər sahələri maliyyələşdirmək imkanlarını azaldacaq. Yeni hökumətin əsas vəzifəsi, nə olursa olsun, dövlət borcunu azaltmaq olmalıdır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti