Abbas Araqçi İranın yeni XİN rəhbəri ola bilər
Məlumata görə, İranda yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Araqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən çox uyğun gələn namizəddir. Siyasətçinin namizədliyinin nəzərdən keçirilməsi üçün İran parlamentinə təqdim ediləcəyi gözlənilir.
Mənbələr qeyd edib ki, Araqçi hazırda Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri rolunu icra edir.
Xatırladaq ki, İranın keçmiş XİN rəhbəri Hüseyn Əmir Abdullahian mayın 19-da baş verən helikopter qəzasında həlak olduqdan sonra onun səlahiyyətlərinin icrası Əli Bağeri Kaniyə həvalə edilib.
AzVision.az
Teqlər: