Qallant: "HƏMAS terrorçularının 60%-i öldürülüb"

      Qallant:    "HƏMAS terrorçularının 60%-i öldürülüb"
  10 İyul 2024    Oxunub:1026
"Qəzza zolağında oktyabrdan bəri HƏMAS təşkilatının terrorçularının 60%-i zərərsizləşdirilib. Eyni zamanda, təşkilatın 24 batalyonunun böyük hissəsi sıradan çıxarılıb".
AzVision.az xəbər verir ki, bu sözləri "Knesset"də (İsrail parlamenti) çıxışı zamanı ölkənin müdafiə naziri Yoav Qallant söyləyib.

Nazir həmçinin İsrailə beynəlxalq dəstəyin əhəmiyyətini də vurğulayıb. O, Milli Dini Sionizm Partiyasının üzvü, deputat Ohad Talın "İsrail niyə Qəzza zolağına elektrik enerjisi verir?" sualına məhz bu kontekstdən cavab verib:

"Müharibədə məqsədlərimizə çatmaqda qərarlıyıq. Odur ki (müharibə qaydalarını pozmamaqla - red.) beynəlxalq dəstəyi qoruyub saxlamağımız məqsədəuyğundur", - Qallant deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   Qəzza   müharibə  





Xəbər lenti