Kir Starmer Britaniyanın Baş naziri kimi ilk xarici səfərini edib

Kir Starmer Britaniyanın Baş naziri kimi ilk xarici səfərini edib
  09 İyul 2024    Oxunub:1141
İyulun 5-də Britaniyanın yeni Baş naziri seçilən Kir Starmer ilk xarici səfəri üçün Vaşinqtona səfər edib.
AzVision.az xəbər verir ki, o, Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci yubiley sammitində iştirak edəcək. Kir Starmer sammit çərçivəsində Britaniyanın Qərb hərbi alyansına və Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləyəcək. Baş nazir Ağ evdə Prezident Co Bayden ilə də görüşəcək.

Sammitin rəsmi tədbirləri iyulun 10-da səhər saatlarında başlayacaq, sonuncu mətbuat konfransları isə iyulun 11-də günortadan sonra keçiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti