Yaponiya və NATO məxfi məlumatların mübadiləsi üçün xüsusi kanallar yaradacaq

Yaponiya və NATO məxfi məlumatların mübadiləsi üçün xüsusi kanallar yaradacaq
  09 İyul 2024    Oxunub:1154
Yaponiya və NATO məxfi məlumat mübadiləsi üçün xüsusi rabitə xətti yaradacaq. Onun məqsədi təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdir.
AzVision.az bu barədə "Asahi” nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, bu barədə razılığın Yaponiyanın baş naziri Fumio Kişidanın Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitində iştirakı zamanı əldə olunması planlaşdırılır.
Ətraflı

NATO-ya üzv ölkələr arasında məxfi məlumat mübadiləsinin aparıldığı təhlükəsiz rabitə şəbəkəsi yaradılıb. Məqsəd Yaponiya ilə NATO arasında oxşar sistem yaratmaq və yüksək səviyyədə məlumat mübadiləsi aparmaqdır.

Keçən il Yaponiya və NATO arasında kibertəhlükəsizlik, kosmik əməliyyatlar və məlumat mübadiləsi daxil olmaqla 16 sahədə əməkdaşlıq sazişi hazırlanıb. Alyansın Brüsseldəki qərargahında Yaponiyanın daimi nümayəndəliyi fəaliyyət göstərir.

AzVision.az



Teqlər:





Xəbər lenti