Roma Papası: “Biganəlik demokratiyanın xərçəng şişidir”

   Roma Papası:    “Biganəlik demokratiyanın xərçəng şişidir”
  08 İyul 2024    Oxunub:1282
Katolik dünyasının pontifiki, Roma Papası Fransisk bir çox ölkələrdə demokratiyanın heç də yaxşı vəziyyətdə olmadığını bildirib.
AzVision.az xəbər verir ki, Roma Papası “yoxsulların və zəiflərin” başlı-başına buraxıldığını və onların özlərini demokratiyadan təcrid olunduqlarını hiss etdiklərini deyib.

“Aydındır ki, müasir dünyada demokratiya heç də yaxşı vəziyyətdə deyil. İdeologiyalar cazibədardır. Bəziləri onları Hamelinin siçovul tutanı (alman əfsanəsində siçovullardan qurtulmaq xidmətinə görə pul almadıqdan sonra şəhərin uşaqlarını oğurlamaq üçün sehrli gücündən istifadə edən personajı) ilə müqayisə edirlər. Sizi şirnikləndirirlər, amma özünüzü inkar etməyə məcbur edirlər”, - pontifik İtaliyanın Triyest şəhərinə səfəri zamanı vurğulayıb.

Siyasi “korrupsiyanın və qanunsuzluğun” vurduğu ziyana diqqət çəkən Roma Papası səsvermə proesində iştirak edən insanların sayının azalmasından narahatlığını bildirib. Bu kontekstdə, pontifik biganəliyi “demokratiyanın xərçəngi” adlandırıb.

“Gəlin, asan həll variantlarına aldanmayaq. Bunun əvəzinə coşqunluqla ümumi rifah üçün la çalışaq”, - Papa Fransisk deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransisk   demokratiya  





Xəbər lenti