Sabahın havası: yağış yağacaq

Sabahın havası: yağış yağacaq
  08 İyul 2014    Oxunub:1085
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 8-dən 9-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

İyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Sabah günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında külək mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

Rayonlarda hava gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti