Siyavuş Novruzov Milli Şuranı ölüyə bənzətdi

Siyavuş Novruzov Milli Şuranı ölüyə bənzətdi
  08 İyul 2014    Oxunub:965
“Milli Şura deyilən bir təşkilat varmı? İndi qalıb? Elə bir təşkilatdan nə gözləmək olar? Ölmüş bir təşkilatın adını çəkməyin”.
Bunu AzVision.az-a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov son zamanlar Milli Şurada yaşanan istefalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifətdə birlikdən söz gedə bilməz:
“Milli Şura camaatın yadından çoxdan çıxıb, siz əksinə yada salırsınız. Müxalifət arasında birlik olmuşdu ki, parçalanma gedər? O cür təşkilatlar arasında heç vaxt birlik olmayıb. Sadəcə maraqlar olub və bu maraqlarda da təbii ki, parçalanma olacaq”.

Qeyd edək ki, iyulun 6-da Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər partiyanın qurultayında Milli Şuranı tərk etdiyini bəyan edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti