İranda seçkilərin vaxtı yenə uzadıldı

İranda seçkilərin vaxtı yenə uzadıldı
  05 İyul 2024    Oxunub:1558
Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə müddəti yerli vaxtla saat 22:00-dək uzadılıb
AzVision.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami deyib.

Daha öncə səsvermənin vaxtı 20:00-a kimi uzadılmışdı.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

AzVision.az



Teqlər:





Xəbər lenti