Deputat: “Zelenskinin sülh rutorikası cəbhədəki vəziyyətlə bağlıdır”

   Deputat: “Zelenskinin    sülh rutorikası    cəbhədəki vəziyyətlə bağlıdır”
  05 İyul 2024    Oxunub:1679
Vladimir Zelenskinin Rusiya ilə münaqişənin sona çatması ilə bağlı son bəyanatları cəbhədəki məğlubiyyətlərlə, Ukraynanın xaricdən və daxildən getdikcə daha az dəstək alması ilə izah olunur.
AzVision.az xəbər verir ki, dövlətə xəyanət ittihamı ilə həbs olunmuş Ali Radanın deputatı Aleksandr Dubinski öz Telegram-kanalında belə iddia səsləndirib.

Bundan əvvəl Zelenski münaqişəni uzatmaq istəmədiyi və onun bu il başa çatması üçün plan hazırlandığı barədə açqılama verib. Ötən həftə isə o, vasitəçilərin iştirakı ilə Ukrayna-Rusiya ilə danışıqların aparılmasının əleyhinə olmadığını bildirib.

Kiyev Putinə münasibətdə ritorikasını yumşaldır
Həmçinin, Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə ikinci beynəlxalq sülh konfransına dəvət olunacağını da istisna etməyib.

“Sadə bir suala mürəkkəb cavablar axtarmağa ehtiyac yoxdur. Niyə Zelenski birdən mümkün sülh haqqında danışmağa başladı? Hər şey olduqca sadədir. Hakimiyyət artıq özünün coşdurduğu dalğanın zirvəsində deyil, onun altındadır. Buna görə də, müharibəni kənardan göstərişlə, ya da məğlubiyyət nəticəsində yox, öz şərtləri ilə bitirmək üçün sahilə cəld avar çəkməyə məcburdur”, - ukraynalı deputat deyib.

Zelenskinin ritorikasına təsir edən spesifik amillər arasında Aleksandr Dubinski cəbhədəki məğlubiyyətləri, əhalinin narazılığını, onun prezidentlik müddətinin başa çatmasını, Respublikaçılar Partiyasının namizədi Donald Trampın noybrda ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlmə şansının yüksək olmasını və Avropada Ukraynaya dəstəyin azalması faktlarını sadalayıb.

Bununla belə, Dubinskinin fikrincə, Zelenskinin özündən müştəbehliyi ona sülh sazişi istiqamətində real addımlar atmağa imkan verməyəcək.

- Öz əməllərinə görə məsuliyyətdən qaçmaq üçün, atəşkəs rejimi yaradılana qədər Zelenskinin atacağı maksimum addım prezident seçkilərini elan etmək olacaq. Bu addım sülh şərtlərinin yox, onun özünün və preizdent ofisinin rəhbəri Andrey Yermakın şəxsi təhlükəsizliyinin təminatı şərtlərinin müəyyənləşdirilməsi məqsədini güdəcək”, - hazırda həbsdə olan Aleksandr Dubinski vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Dubinski   Zelenski  





Xəbər lenti