ABŞ-la birlikdə yeni AES tikəcəyik - Qriqoryan
Onun sözlərinə görə, danışıqlar vacib mərhələyə keçib.
“Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. İndi biz ABŞ-la kosmosun hüquqi tənzimlənməsi məsələsini müzakirə edirik, onsuz biz irəli gedə bilməyəcəyik. Hələlik topun ABŞ-ın meydanında olduğunu deyə bilərəm. Biz ABŞ-ın daxili proseslərinin başa çatmasını gözləyirik və bundan sonra işə başlayacağıq”, - Qriqoryan bildirib.
AzVision.az
Teqlər: