Volodimir Zelenski: “İstək var, silah yoxdur”

   Volodimir Zelenski:    “İstək var, silah yoxdur”
  04 İyul 2024    Oxunub:1246
Ukrayna prezidenti Volodimir Zelenski silah çatışmazlığına görə Kiyevin Qərbdəki tərəfdarlarından gileylənib.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti “Bloomberg” nəşrinə müsahibəsində cəbhədəki durumun pat vəziyyətində yox, problemli olduğunu bildirib. Lakin istək və lazımi vasitələr varsa, onu həll etmək mümkündür.

“Bizdə istək var, amma alətlər gəlməyib. Yəni bizim briqadalarımız silahsız dayanıblar. Ehtiyatlarımız var, tam formalaşmamış 14 briqadamızın müvafiq silahları yoxdur. Həmin silahların tədarükünə artıq səs veriblər, onların haqqında danışıblar, yardım paketləri gəlməlidir. Amma təəssüf ki, bunlar yavaş-yavaş gəlir. Bu gün əks-hücum əməliyyatlarından danışmağın mənası yoxdur, çünki Ukrayna Silahlı Qüvvələri ilk növbədə əllərində olanı qorumalıdır. Biz buna hazır olduğumuz zaman əks-hücum cavabları vermək istəyirik. Silahımız olanda buna hazır olacağıq”, - Volodimir Zelenski deyib.

Yeni briqadalar Kiyevi xilas edəcəkmi? - ISW "təchizat böhran"ından yazdı
Yeri gəlmişkən, Amerikanın Müharibənin Öyrənilməsi institutunun (ISW) son hesabatında bildirlir ki, Ukrayna bir neçə yeni briqada yaratsa da, Qərb silahlarının gec və qeyri-kafi tədarükü, böyük ehtimalla, onların təchiz edilməsinə mane olacaq. Bu baxımdan, Qərbin vaxtında və adekvat yardımı Ukraynanın Müdafiə Qüvvələrinin döyüş meydanında təşəbbüsü nə vaxt və nə dərəcədə ələ keçirə biləcəyini müəyyənləşdirməkdə həlledici amil kimi qalır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   silah  





Xəbər lenti