Rusiya son sutkada 1300 döyüşçü itirib

Rusiya son sutkada    1300    döyüşçü itirib
  24 İyun 2024    Oxunub:1313
Rusiya ordusunun Ukraynadakı itkiləri artmaqdadır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsində yaydığı məlumata görə, son sutka ərzində mindən çox döyüşçü öldürülüb.

"Tammiqyaslı işğal zamanı düşmənin şəxsi heyətlə bağlı ümumi itkiləri təxminən 535 min 660 nəfərə çatıb. Son sutkada 1300 nəfər məhv edilib. Bundan başqa düşmənin 8 min 31 tankı (son sutkada daha 12-si), 15 min 413 (+15)zirehli döyüş maşını, 14 min 246 (+51) artilleriya sistemləri, 1108 ədəd reaktiv yaylım atəş sistemi sıradan çıxarılıb", - paylaşımda yazılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti