Mehriban Zeynalova xəstəxanaya düşdü

Mehriban Zeynalova xəstəxanaya düşdü
  06 İyul 2014    Oxunub:1349
Tanınmış hüquq müdafiəçisi, “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova xəstəxanaya yerləşdirilib.
AzVision.az interpress.az-a istinadən xəbər verir ki, bronxual astma diaqnozu ilə xəstəxanaya yerləşdirilən M.Zeynalova hazırda Daxili İşlər Nazirliyinin hospitalının reanimasiya şöbəsindədir.

M.Zeynalova vəziyyətinin yaxşı olduğunu və iyulun 7-dən etibarən palataya köçürüləcəyini bildirib: “Xəstəxanada 10 günə yaxın müalicə olunacağam. Həkimlərin dediyinə görə bundan daha tez də evə buraxılmam mümkündür. Özümü artıq yaxşı hiss edirəm. Mənə görə narahatlıq keçirən bütün dostlarıma təşəkkür edirəm”.


Teqlər:





Xəbər lenti