Səlim Müslümov işlərini asanlaşdırdı

Səlim Müslümov işlərini asanlaşdırdı
  06 İyul 2014    Oxunub:1270
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsini təmin etmək məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin bütün regional müfəttişliklərində yardım masaları fəaliyyətə başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yardım masaları əmək müqaviləsi bildirişi üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsi prosesi başa çatanadək fəaliyyət göstərəcək.

Eyni zamanda, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 “Qaynar xətt”i vasitəsilə də göstəriləcək.

Qeyd edək ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə üzrə metodiki göstərişlər nazirliyin rəsmi internet saytında (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib.


Teqlər:  





Xəbər lenti