Blinken Qətərə gedib - YENİLƏNİB

   Blinken Qətərə gedib -  YENİLƏNİB
  12 İyun 2024    Oxunub:1643
ABŞ Dövlət Katibi Antoni Blinken Qətərə səfəri çərçivəsində bu ölkənin Baş naziri, həmçinin XİN rəhbəri Məhəmməd bin Əbürrəhman bin Casim Al Sani ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, onlar hazırda görüşün yekununa dair birgə mətbuat konransı keçirirlər.

* * *

15:22
ABŞ Dövlət katibi Antoni Blinken İsrail-HƏMAS müharibəsi başlayandan bəri Yaxın Şərqə 8-ci səfəri çərçivəsində Qətərin paytaxtı Doha şəhərinə yollanıb.
AzVision.az xəbər verir ki, o, müharibənin tərəfləri arasında atəşkəs danışıqlarının vasitəçisi kimi Qətərin dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcək.

Xatırladaq ki, Blinken səfərinə Misirdən başlayaraq, bu ölkənin prezidenti Əbdülfəttah Əs-Sisi ilə, ardınca da İsraildə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə görüşüb, atəşkəs məsələsi ətrafında müzakirələr aparmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Qətər   İsrail   Qəzza  





Xəbər lenti