Kürdə batan iki nəfərin cəsədi tapılıb

Kürdə batan iki nəfərin cəsədi tapılıb
  06 İyul 2014    Oxunub:838
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Azər Malik oğlu Həsənov və 2000-ci il təvəllüdlü Arif Cavan oğlu İsayev Kür çayının Şəmkir rayonu, Cəfər Cabbarlı kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 160 km məsafədə, nəzarət olunmayan ərazidə) çimərkən batıblar.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

A. Həsənov və A. İsayevin cəsədi batdığı yerdən, təxminən, 60 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti