Qanuni oğru "Şişkan"a ömürlük həbs cəzası verildi

Qanuni oğru  "Şişkan"a  ömürlük həbs cəzası verildi
  10 İyun 2024    Oxunub:875
Rusiyada məşhur qanuni oğruya ağır cəza kəsilib.
AzVision.az xəbər verir ki, İkinci Qərb Dairə Hərbi Məhkəməsinin hökmü əsasında "Şişkan" ləqəbli Oleq Ramenski kimi tanınan Oleq Medvedev ömürlük azadlıqdan məhrum edilib. O, mütəşəkkil cinayətkar qrup təşkil etmək, adam öldürmək və banditizmdə günahkar bilinib.

“Müttəhim xüsusi rejimli koloniyada ömürlük həbsə və 5 milyon rubl məbləğində cəriməyə məhkum ediləcək”, - TASS yazıb.

Prosesdə çoxlu sayda iştirakçı olduğuna görə işə xüsusi formatda baxılıb. Qeyd edilir ki, Oleq Medvedev haqqında çıxarılan hökm hələ qüvvəyə minmədiyi üçün o, apellyasiya şikayəti verə bilər.

"Şişkan" və onun əlaltılarının ittiham olunduğu cinayətlərdən biri də “Ramenskoye Damazlıq Zavodu” QSC-nin baş direktoru Tatyana Sidorovanın, onun üç ailə üzvünün öldürülməsi olub. İstintaq müəyyən edib ki, direktor onlara zavoda məxsus torpaqları verməkdən imtina edibmiş.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti