40 dərəcə isti olacaq - Bu gün

40 dərəcə isti olacaq -  Bu gün
  06 İyul 2014    Oxunub:1122
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 33-38 dərəcə isti olacaq. İyulun 7-də gündüz havanın temperaturu 34-38, bəzi yerlərdə 39 dərəcə isti olacaq.

İyulun 6-da Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

İyulun 6-da Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. İyulun 7-də isə Aran rayonlarında bəzi yerlərdə temreraturun 40 dərəcəyə kimi yüksələcəyi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti