Timoşenko Rusiyada axtarışa verilib

Timoşenko Rusiyada axtarışa verilib
  08 İyun 2024    Oxunub:876
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verib.
Nazirliyin axtarış məlumat bazasında yerləşdirilən iş materialında Timoşenkonun Rusiyanın Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu bildirilir. Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, 63 yaşlı Timoşenko 2005-ci ilin fevral-sentyabr aylarında və 2007-ci ilin dekabrından 2010-cu ilin martına qədər Ukraynanın baş naziri olub.

AzVision.az


Teqlər:





Xəbər lenti