Nəzarət markası ilə bağlı qaydalar dəyişdi

Nəzarət markası ilə bağlı qaydalar dəyişdi
  06 İyul 2014    Oxunub:4393
Azərbaycan Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nı təsdiq edib.
Qaydalara əsasən, dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları nəzarət markaları ilə markalanmalıdır.

Nəzarət markasının üzərində “Nəzarət markası ” sözləri, markanı verən orqanın adı və markanın nömrəsini bildirən hərf-rəqəm kodu əks olunmalıdır.

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında qeyd edilənlərə əlavə olaraq nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kod (QR kod), nüsxənin seriyasını bildirən işarə və əsərin, əlaqəli hüquqlar obyektinin adı göstərilməlidir.

Qeyd edək ki, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının fərdiləşdirilməsi Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.apa


Teqlər:





Xəbər lenti