Netanyahu ABŞ Konqresində nitq söyləyəcək

   Netanyahu ABŞ Konqresində nitq söyləyəcək
  07 İyun 2024    Oxunub:788
İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 24-də Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın birgə iclasında HƏMAS-la bağlı müharibənin cari vəziyyəti barədə nitq söyləyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatdakı azlığın lideri Miç Makkonnel bəyanat yayıblar.

"Qəsdimizə duranlara qarşı ədalətli müharibəmiz barədə həqiqəti ABŞ Konqresi qarşısında dilə gətirəcəyimə görə çox həyəcanlıyam", - Netanyahu yerli mətbuata açıqlamasında bildirib.

Səfər zamanı onun ABŞ Prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi ilə bağlı hələlik açıqlama yoxdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   baş-nazir   çıxış  





Xəbər lenti