Qaluzin: "Ukrayna ilə danışıqlar üçün qanuni opponent lazımdır"
"Danışıqlar üçün həm də ilk növbədə Qərbin Kiyev rejimini silahlandırmağı dayandırmasını və Kiyevin bizimlə dialoqa qoyduğu qadağanı aradan qaldırmasını gözləyirik", - diplomat vurğulayıb.
Xatırladaq ki, Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin prezidentlik müddəti ötən ayın 21-də rəsmən başa çatıb, lakin ölkədə müharibə şəraitində seçkilər keçirilə bilməz. Eyni zamanda, Zelenskinin prezidentlik dövrünün uzadılması üçün qanuni yol da yoxdur. Ölkənin Britaniyadakı keçmiş səfiri Vadim Pristaykonun sözlərinə görə, Kiyevin qərbli müttəfiqləri də bu məsələ ilə bağlı narahatdırlar.
Firudin Həmidli
AzVision.az
Teqlər: Rusiya Ukrayna danışıqlar