Sunak "Neptun" əməliyyatının anım tədbirinə gedə bilməyəcək

   Sunak "Neptun" əməliyyatının anım tədbirinə gedə bilməyəcək
  06 İyun 2024    Oxunub:703
Britaniyanın Baş naziri Rişi Sunak II Dünya müharibəsinə məxsus əhəmiyyətli "Neptun" əməliyyatının ildönümü ilə bağlı anım mərasiminin əsas hissəsinə qoşulmayacaq.
AzVision.az xəbər verir ki, o, Fransanın Normandiya vilayətində keçirilən mərasim üzrə bir sıra tədbirdə çıxışının ardınca özünün seçki kampaniyası üçün vətəninə qayıdacaq. Onu Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Co Baydenlə gözlənilən görüşdə müxalifət lideri, Leyboristlər Partiyasının sədri Kir Starmer əvəzləyəcək.
Fransada "Neptun" əməliyyatının ildönümü keçiriləcək

Beynəlxalq mərasimdə Britaniyanı həmçinin Uels şahzadəsi Vilyam və bir sıra nazir təmsil edəcəklər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Fransa   ABŞ   II-Dünya-müharibəsi  





Xəbər lenti