Rusiya ilə müharibə başlasa, "Ramştein" NATO-nun ən zəif nöqtəsi olacaq

Rusiya ilə müharibə başlasa, "Ramştein" NATO-nun ən zəif nöqtəsi olacaq
  04 İyun 2024    Oxunub:724
Son hadisələr göstərdi ki, NATO ordusunun Rusiya silahlı qüvvələri ilə müqayisədə xeyli zəif nöqtələri var. Amma ən həssas nöqtə Ramşteyn hərbi bazasıdır.
Bu fikirlər Fransanın AgoraVox portalında dərc olunan məqalədəndir.

Nəşr qeyd edir ki, NATO ölkələrinin orduları "müharibələrdə qalib gəlmək üçün deyil, dövlətin milyardlarla vəsaitini Qərb oliqarxlarının xeyrinə xərcləmək üçün yaradılıb".

"Rusiyanın alman silahları ilə vurulması eskalasiya yaratmayacaq" - Şolz
Məqalə müəllifi xatırladıb ki, "Ramştein" Hərbi Hava Qüvvələri bazası, təxminən 60 min amerikalının (54 mindən çox hərbi qulluqçu və 5 mindən çox mülki şəxs-red) yaşadığı və Kayzerslautern şəhəri ətrafında yerləşən böyük kompleksin bir hissəsidir. Baza Almaniyada, Fransa və Lüksemburqdan uzaqda yerləşir.

Burada həmçinin NATO-nun qərargahı da yerləşir: "Daha dəqiq desək, alyansın müttəfiqlərinin hava komandanlığının qərargahı burada qurulub. Komleksə Hava Polisi, Mülki Aviasiya, Ballistik Raketdən Müdafiə və NATO Hava Desantının Erkən Xəbərdarlıq, Nəzarət Qüvvələri, NATO Müttəfiq Quru Müşahidə Qüvvələrinin operativ komandanlığı və nəzarəti daxildi".
Baza həmçinin ABŞ-nin Krik Hərbi Hava Qüvvələri bazası ilə Əfqanıstan və Yaxın Şərqdə fəaliyyət göstərən pilotsuz təyyarələr arasında əlaqənin ötürülməsində mərkəzi rol oynayır. Portal yazır ki, baza “bütün NATO əməliyyatları, eləcə də dünyadakı ABŞ silahlı qüvvələri üçün böyük əhəmiyyət kəsb edir”.

Müəllif iddia edib ki, Qərbin müttəfiqinə çevrilmiş Kiyevlə bağlı eskalasiya genişlənsə, bu, Ukraynadakı münaqişənin ABŞ, Avropa və Rusiya arasında genişmiqyaslı müharibəyə keçməsinə gətirib çıxara bilər. Əgər bu baş verərsə, alyansın alman bazasının Rusiya qüvvələri tərəfindən məhv edilməsi NATO-nu “kor və təkqollu” edəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Almaniya   Rusiya  





Xəbər lenti