Metropoliten rəisinin görəcəyi işlər - SİYAHI

Eyni zamanda Zaur Hüseynov Cəmiyyətin aparatının struktur bölmələrinin, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir; Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil edir; Cəmiyyətin işçilərini işə qəbul və işdən azad edir, Cəmiyyətin aparatının struktur bölmələrinin əsasnamələrini və ştat cədvəlini təsdiq edir, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, işçilər barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir; Cəmiyyətin törəmə müəssisələri, idarə, filial və nümayəndəlikləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir.
Həmçinin nizamnamədə göstərilir ki, Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir. Cəmiyyətin sədri ayrı-ayrı səlahiyyətlərinin icrasını müavinlərinə və Cəmiyyətin struktur bölmələrinin rəhbərlərinə həvalə edə bilər.
Baş nazirin qərarına əsasən, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin strukturu da müəyyən edilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisələri aşağıdakılardır:
1. 1 saylı Tunel Tikinti İdarəsi;
2. 2 saylı Tunel Tikinti İdarəsi;
3. 3 saylı Tunel Tikinti İdarəsi;
4. Xüsusi Tamamlama İşlər İdarəsi;
5. Xüsusi Hidrotexniki İşlər İdarəsi;
6. Dəmir Beton Konstruksiyalar Zavodu;
7. Mexanikləşdirmə İdarəsi;
8. Avtonəqliyyat Müəssisəsi;
9. "Bakımetrolayihə" İnstitutu;
10. Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi;
11. İstehsalat Texniki Komplektləşdirmə İdarəsi.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar:
1. Hərəkət Xidməti;
2. Yol Xidməti;
3. Tunel Qurğuları Xidməti;
4. Elektrik Təchizatı Xidməti;
5. İşarəvermə və Rabitə Xidməti;
6. Elektromexanika Xidməti;
7. Əsaslı Təmir Xidməti;
8. Depolar üzrə iş Departamenti;
9. Birləşmiş emalatxanalar;
10. Avtomotonəqliyyat Xidməti;
11. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Sağlamlıq Mərkəzi.
AzVision.az
Teqlər: